☰ Меню
people-human-character-person-and-a-open-book-3d-render--Stock-Photo.jpg

Plastik qapı və pəncərələrə qulluq

Plastik qapı və pəncərələrə qulluq

Уход за изделием из ПВХ


PVX-dan hazırlanmış müasir məhsullar, öz xüsusiyyətlərinə görə, periodik  qulluğa riayət etməklə uzunmüddətli istismara malikdir. Plastik məhsullarına qulluq prosesinin  özünü şərti olaraq ayrı-ayrı mərhələlərə bölmək olar.

Birinci: bu – bütün konstruksiyaların , şüşə paketlərin və rezin kipləndiricilərin  xarici səthinin təmizlənməsidir. Bunun üçün yumşaq parçadan və ya adi təsərrüfat  süngərindən istifadə etmək olar . İstənilən PVX səthini toz və kirlərin mexaniki təmizlənməsi üçün, ağır cızıcı alətlərdən və tərkibində abraziv qırıntıları olan təmizləyici toz vasitələrindən istifadə etmək qəti olmaz – bütün bunlar sizin plastik konstruksiyalarınızın səthini  amansızca cızar. PVX-dan hazırlanmış qapı və pəncərələrin təmizlənməsi üçün ən gözəl vasitə maye halında olan qabyuyan sabunlardır. Alternativ olaraq  paltar sabununun suda həllindən istifadə etmək olar. Şüşə paketlərini təsərrüfat malları dükanlarında satılan istənilən adi camsillər vasitəsilə yumaq olar, lakin abraziv və ya bərk alətlərin istifadəsi şüşələrinizin cızılmasına gətirib çıxara bilər. Şüşənin layı şüşə paketinin ayrılmaz monolit bir parçası olduğu üçün onu ev şəraitində ayrıca dəyişmək olmaz. PVX-dan hazırlanmış məhsullarda perimetri boyunca istifadə olunan rezin kipləndiricilər sizin evinizdə germetikliyi, istilik və səs izolyasiyasını təmin edır. Bunun üçün onların təmizlənməsindən və ya suda həll olunmuş sabunla yuyulmasından sonra  silikon yağı və ya adi qliserinlə nazik qat  sürtmək lazımdır.

Anladığızın kimi, göstərilən prosedur sizin çox vaxtınızı almayacaq, onun həyata keçməsi üçün isə xüsusi bacarıq tələb olunmur. Qapı və pəncərələrdə  belə profilaktik əməliyyatlar ildə iki dəfə aparılmalıdır, lakin çirklənmə çox olarsa, o zaman daha çox təmizlənməlidir.

Sonuncu: daxili furniturlara qulluq. Açılan hissədə hərəkət edən bütün elementlərin yağlamaq lazımdır. Bunun üçün maşın yağından və ya vazelindən istifadə edilir. Əsas odur ki, yağlama üçün istifadə etdiyiniz vasitələrin tərkibində qatran olmasın.

Ikinci: bütün qapı və pəncərələrin alt hissəsində deşiklərdən  yığılan çirkləri maksimum təmizləmək. Onlarin təmizlənmısi üçün yumşaq plastikdən və ya rezin tükləri olan fırçalardan istifadə etmək olar.


← All News