☰ Меню
people-human-character-person-and-a-open-book-3d-render--Stock-Photo.jpg

Plastik pəncərənin yay və qış rejimi

Plastik pəncərənin yay və qış rejimi

Əvvəllər insanlar qışın gəlişilə əlaqədar taxta pəncərələrinə kağız zolaqlarlar yapışdırar və araları porolonla bağlayardılar. Otaqlara plastik pəncərələr quraşdırdıqdan sonra bu qayğıları unutmaq olar.

Yalnız bəzən öz işlərinin öhdəsindən tez gələn ustalar – montajçılar , yeni pəncərələrə sahib olanlara iki əsas məsələni izah etməyi unudurlar.
Birinci : bütün hərəkətli furniturların müntəzəm yağlanmaya ehtiyacları var. Heç olmasa ildə bir dəfə adi maşın yağı tökməklə bu proseduru etmək lazımdır.
Ikinci : Mövsüm dəyişikliyi ilə əlaqədar pəncərələri müvafiq olaraq qış və yay rejiminə keçirtmək lazımdır.

Plastik pəncərələri necə tənzimləməli
Demək olar ki, bütün müasir konstruksiyalar tənzimləmə imkanlarıyla təchiz olunmuşdur. Furniturların digər rejimlərə keçə bilməsini yoxlamaq üçün açılan hissənin yan səthində yerləşən xüsusi ekssentriklərə (sancaq) diqqət yetirmək kifayətdir.
Əgər onların üzərində altıbucaq açarlar və ya ulduzlu tornavidalar ( otvertkalar ) üçün deşik yerləri varsa, həmçinin ekssentriklər oval formadadırsa, o zaman furnituralar mütləq yay və ya qış rejiminə keçirilə bilir. Lakin yaxşı olardı ki, keçid imkanları pəncərərin montajından əvvəl dəqiqləşdirilsin.

Əgər açılan hissə hər zaman qış rejimində olarsa, o zaman bu, kipləndiricilərin əlavə yüklənməsinə aparır və o daha tez köhnəlir. Pəncərənin sıxılma gücünü asanlıqla yoxlamaq olar. Pəncərəni bağladıqda arasında adi kağız saxlayın. Əgər kağız bağlı pəncərənin arasından asanlıqla çıxır deməli pəncərə yay rejimindədir.
Pəncərəni rejimə keçirtmək üçün, uyğun alətin köməyi vasitəsilə açılan hissədə olan bütün sancaqları (pəncərənin ölçüsü nə qədər böyük olarsa, onların miqdarı da çox olar ) lazım olan istiqamətə sadəcə fırladın.<br>

← All News