☰ Меню
people-human-character-person-and-a-open-book-3d-render--Stock-Photo.jpg

Plastik pəncərələrin qışa hazırlanması

Plastik pəncərələrin qışa hazırlanması

Plastik pəncərələrin qışa hazırlanması

Plastik pəncərələrin qışa hazırlanma prosesi kirlərin silinməsi ilə başlayır, amma, təəssüf ki, bu yetərli deyil. Əlbəttə ki, PVX pəncərələrinin qışa hazırlıq prosesini asan edən izolyasiya və yapışdırıcılardan istifadə edilməsinə ehtiyacı yoxdur. Lakin, soyuq qışın uyğun olmayan bir anında plastik pəncərələrin sıradan çıxmasının qarşısının alınması üçün müəyyən profilaktik tədbirlər mövcuddur . Pəncərələri çirk və tozdan təmizlədikdən sonra növbəti tədbirləri həyata keçirmək lazımdır.

Furnitura:

Sizə lazım olacaq : silikon yağı

Nə etmək lazımdır : PVX pəncərələrinin bütün Furnitura və mexanizmlərini yağlamaq.

Nəyə diqqət etmək lazımdır : Furniturları yağlama zamanı yağı hərəkətli detalların səthi boyunca eyni paylaşdırmaq vacibdir. Buna nail olmaq üçün , yağlama prosesi boyunca qulpu hər dəfə çevirmək olar.

Kipləndiricilər:

Nə etmək lazımdır : kipləndirici rezinlərin vəziyyətini yoxlamaq lazımdır. Yelin buraxmağı, kondensasiyanın düşməsi və nəmin keçməsi kipləndiricilərin zədələnməsi və xarab olmasından xəbər verir
Kipləndiricilər qaydasındadırsa nə etmək lazımdır : profilaktika üçün,  kipləndiricilərin donmasının və qurumasının qarşısını almaqdan ötrü, onları siikon yağı və ya texniki vazelinlə yağlayın.

Kipləndiricilər yarasız hala düşübsə, nə etmək lazımdır: qismən və ya bütünlüklə kipləndiriciləri dəyişmək lazımdır. Siz  SAF PƏNCƏRƏ Şirkətinə müraciət etməklə, bunu həll edə bilərsiz.

Açılan hissə :
Nə etmək lazımdır :  Pəncərənizin açılan hissəsinin nizamlanmaya ehtiyacı olub olmadığını yoxlamaq lazımdır.

Bunu necə etmək lazımdır: açılan hissənin alt bölümünə bir vərəq qoyun və bağlayın. Vərəq ordan çətinliklə çıxmalıdır. Əgər vərəq ordan asanlıqla çıxırsa, o zaman pəncərənin furniturunu nizamlamaq və açılan hissənin sıxlığını artırmaq lazımdır.

Açılan hissənin nizamlanmsı üçün sizə lazımdır : altıbucaq açar

Açılan hissəni necə nizamlamaq: pəncərəni açın və açarı xüsusi yuvaya taxın. Açarı açılan hissəni daha kip sıxmaq üçün fırladın. Əgər hərəkət düzgün yerinə yetirilibsə, onda açılma və bağlanma zamanı qulpda  güc artmalı və açılan hissə daha sıx bağlanmalıdır.

Açılan hissəni özünüz nizamlaya bilmirsizsə, nə etmək lazımdır:  belə olan halda Sizə SAF PƏNCƏRƏ Şirkətinə müraciət etmək lazımdır, sizin pəncərələrinizi qışa hazırlamaq üçün mütəxəssislər lazım olan hər şeyi edəcəklər.

Unutmayın, əgər siz bu profilaktik tədbirləri müntəzəm həyata keçirərsinizsə, öz ilkin xarici görünüşünü saxlamaqla, uzun müddət ərzində Sizin pəncərələr yeni kimi işləyəcək. Ən əsası da odur ki, hətta qışın güclü soyuğundan belə Sizi etibarlı qoruyar.


← All News