☰ Меню
zastavka az.JPG

Alüminium şüşələnmə

Alüminium şüşələnmə

Hazırda Alüminium profilinin köməkliyi ilə eyvanların şüşələnməsi artıq kifayət qədər geniş yayılmışdır. Alüminium profilİ taxtadan 7 dəfə, PVX-dan – 2,3 dəfə möhkəmdir. Bundan başqa o, yanğında təhlükəsizdir, oksidləşmir, çatlamır, burulmur. Alüminium çərçivələr xarici estetik görünüşləriylə fərqlənir.

Söhbət soyuq şüşələnmə adlanan üsulda metalın daxili və xarici qatında aralıq izolyasiyası olmadan (soyuq alüminium ) istifadə olunan profil və təklaylı şüşədən gedir. Konstruksiya sürüşdürmə olduğu kimi, daxilə və ya çölə açılan da ola bilər. Açılan şüşələnmə öz konstruksiyasına görə daha mürəkkəbdir və daha bahalı aksesuarlar tələb edir, ona görə də sürüşdürmədən demək olar ki, iki dəfə bahadır. 

Alüminium profili ilə şüşələnmiş eyvanlar, işığı yaxşı buraxır, həmçinin eyvanı yağış və küləkdən qoruyur. Erkən yazda günəşli bir gündə otaq gülləri,yayda isə, məsələn yaxşı pomidor və xiyar məhsulu yetişdirməyə imkan verir. Şürüşdürmə konstruksiyaları bu məqsədlər üçün daha uyğundur, belə ki, çox yer tutmur. Profilin eninin az olması, gözə çarpmayan profil seçmək imkanı, deyək ki, hər hansı gümüşü rəngdə Sizin eyvanınızı küçədən baxarkən ağ plastiklərdən və qırmızı taxta eyvanlardan fərqlənədirəcək. 

Alüminium sürüşdürmə konstruksiyaların çatışmayan cəhəti, zəif istilik izolyasından başqa, ondan ibarətdir ki, konstruksiyanın alt aparıcı istiqamətləndiriciləri yağışın düşməsindən kifayət qədər müdafiə olunmayıb. Əgər orada suyun bayıra axması üçün deşiklər nəzərə alınmayıbsa, o zaman açılan hissələrin hərəkəti çox çətinləşə bilər. Belə bir fikir də vardır ki, armaturlanmış və ya bişmiş şüşədən istifadə etmədikdə, qəza, tufan və təbii fəlakət zamanı adı şüşə çox təhlükəli ola bilər. Armaturlanmış və ya bişmiş şüşələrin qiyməti yüksək olduğuna görə əksər firmalar bu kimi konstruksiyaların istehsalında adi şüşədən istifadə edirlər.