Cam balkom

Bu günki günə ən müasir şüşələnmə - çərçivəsiz şüşələnmədir (Cam Balkon). O Sizi pis havadan, əlavə səsdən və eyvandan kənar şəxslərin daxil olmasından qoruya bilər. Bu cür şüşələnmədə çərçivələrin və şaquli dirəklərin olmadığı üçün, şüşələnmə şəffaf divar kimi görünür. O, köhnə və lyüks evlərdə memarların düşüncələri ilə uyğunlaşır və çoxmənzilli tipli evlərin fasad rəngbərəngliyini artırmır.

Konstruksiyanın əsasına eyvanın açıq hissəsinin (proyomun) perimetri boyu gedən alüminium profillər daxildir. Üst və alt profillər tam şüşədən hazırlanmış açılan hissələrin yönəldiciləridir. Hətta, üst profil burada aparıcıdır. Onun daxili relslərlə iki-rolikli mexanizm hərəkət edir və açılan hissənyə eyvan boyu hərəkət etməyə imkan yaradır (daşıyır). Açılan hissə üçün - xüsusi möhkəm, bəzən 6 mm qalınlıqda M6 markalı bişmiş bor şüşə istifadə olunur. Belə açılan hissələrin maksimum hündürlüyu 2 m 10sm təşkil edir. Daha hündür açılan hissələr lazım olduqda, belə hallarda açılan hissələrin yelkənliyi artdığına görə 8 mm qalınlıqda şüşədən istifadə olunur. Yuxarı mərtəbələrdə eyvanların şüşələnməsi zamanı ilk növbədə şüşələrin davamlılığının fikirləşmək lazımdır, məhz orada konstruksiya ən güclü küləklərin sınaqlarından keçir. Açılan hissələr eyvanın qırağlarına sanki şüşəli kitab vərəqləri kimi, yığılıb qatlanırlar.

Bu formada açılan hissələri eyvanın kənarından təhlükəsiz məsafədə dayanaraq təmizləmək olar. Sipərliklərin, su kanalların və sudan qoruyan yağların hesabına, açılan hissələrin içinə suyun keçməsinin qarşısı alınır. Lakin konstruksiya öz-özlüyündə tam germetikliyə malik deyil. Nazik aralardan eyvana açıq hava daxil olacaq, buna görə də bu sistem zəif istilik izolyası ilə fərqlənir. Bununla belə hər il istiqamətləndiricilər və roliklər xüsusi silikon spreylər vasitəsilə yağlanmalıdır.