Taxta çərçıvə ilə şüşələnmə

Qeyd etmək lazımdır ki, çərçivə və qutunun hazırlanması üçün seçilmiş material, hissedilməz dərəcədə istilik mübadiləsinə təsir edir. Əlbəttə ki, taxta və metal kimi materiallarda, istilik mübadiləsinin əmssalı bir neçə dəfə fərqlənir, lakin, çərçivə və qutunun əhatə etdiyi üst səthinin sahəsi şüşələnmiş sahəylə müqayisədə çox azdır. Bununla əlaqədar, istiliyin qorunma keyfiyyəti çərçivənin materialından yox, istehsalın keyfiyyətindən, yığılmanın dəqiqliyindən və ondan irəli gələn, araların olmamasından asılıdır. Belə variantda sırf zavod istehsalı olan çərçivələrdən istifadə olunur. Bu halda, elementlər biri-birinə qüsursuz uyğunlaşdırılır. Sadəcə istiliyin itmə problemini həll etmək lazımdır. Ənənəvi olaraq eyvanın şüşələnməsi üçün taxta çərçivələrdə şüşə paketlərdən istifadə edilmir, belə ki, çərçivələr çox böyük və bahalı alınır. Adətən iki qat çərçivələr və ya ikiqat şüşəli çərçivələr qoyulur. Təəssüf ki, çərçivə və qutular çox böyük alınır, və xarici körünüşü çox kobud görsənir.