PVX-şüşələnmə

PVX pəncərələr artıq bizim ölkədə də müsbət rəy qazanmağa nail olmuşdurlar. Eyvanların şüşələnməsinə gəlincə- PVX çərçivələri bu məqsədlər üçün yetərincə böyükdür, bunun üçün istehsalçı firmalar xüsusi eyvan çərçivələri təklif edir. Qayda olaraq, onlar sürüşmə sistemindən olur.

НLakin Siz yenə də bütün istilik izolyasiya işlərini yerinə yetirməklə, eyvanınızı miniatür bir otağa çevirmək istəyirsinizsə, o zaman iki kameralı şüşə paketləriylə PVX-nın termoprofilindən istifadə etməyin mənası var. Aydındır ki, profil təklikdə bütov konstruksiyanın yüksək istilik izolyasiyasını təmin etməyə qadir deyil, beləki, qeyd etdiyimiz kimi, istiliyin əsas itkisi şüşələrdən və arakəsmə konstrusiyalardan keçir.

Eyvanın PVX şüşələnməsi üçün əsasən bir kameralı şüşə paketdən və üç kameralı profildən istifadə etmək  kifayətdir. Nəticədə eyvan komfortlu istirahət yerinə çevrilir, ona bitişik otaq isə hissediləcək qədər isinər və daha səssiz olar. Hərçənd ki, PVX profilinin eni, 2-3 şüşə paketləri və pəncərələrin çox sayda açılan hissələri hesabına bu otağa təbii işığın düşməsi qismən məhdudlaşacaq. Konstruksiyanın çəkisinin ağır olduğundan, qəbul olunmuş texnologiyaya görə PVX çərçivələrini yalnız beton və ya kərpicli çəpərlərdə quraşdırmaq olar. Eyvanda gərəkli sahədə pəncərələr açıq vəziyyətdə olduqda çox yer tutmaması üçün açılan hissələrin forma və sayını planlaşdırarkən enini nəzərə almaq lazımdır.

 Açılan hissələri elə yerləşdirmək lazımdır ki, həyatınızı riskə atmadan açılmayan hissələrin çöl səthini yumaq mümkün olsun. Tək və ya iki səthdə açılan hissələrin sayının çox olması şüşələnmənin qiymətini artırır. 1m2 PVX şüşələnmə üçün hətta təqribi qiymətin hesablanması yetərincə çətindir, beləki variantlara görə qiymətlər geniş diapazonda dəyişir.

PVX şüşələnmə – əlavə olaraq praktik faydaları ilə yanaşı, mənzilinizin daxilini uğurla tamamlamağa və bəzəməyə qadirdir. ənmə üçün hətta təqribi qiymətin hesablanması yetərincə çətindir, beləki variantlara görə qiymətlər geniş diapazonda dəyişir. 

.