☰ Меню
zastavka az.JPG

Enerjiqoruyucu şüşə paketləri

Enerjiqoruyucu şüşə paketləri

Enerjiqoruyucu şüşə

Enerjiqoruyucu şüşə - bu şüşə üzəri nazik örtüklü, görünən işığı və günəşin infraqırmızı istilik şüalarını buraxma xassələrinə malikdir. İnfraqırmızı qısadalğalı istilik şüalarının mənbəyi olan otaq temperaturuna qədər qızdırılmış əşyayalar verdiyi istilik şüalarını isə içəri geri qaytarır.

Şüşənin şüa buraxma imkanları E hərfi ilə qeyd edilir. Müqayisə üçün, adi şüşədə E=0.83, aşağı emissivit optik örtüklü şüşələrdə isə E=0,2, şüşə 90% istilik enerjisini içəri geri qaytarır, mənzil istilik xərclərini xeyli azaltmaq üçün imkan verir.

Belə bir yolla, pəncərələrdən istiliyin itməsi problemini həll etmək üçün, mütləq istinin bayıra çıxmasına mane olan və onu geri qaytaran enerjiqoruyucu şüşə paketləri quraşdırmaq lazımdır.

Enerjiqoruyucu şüşə paketlər bir sıra üstünlüklərə malikdir:

• Birkameralı enerjiqoruyucu şüşə paketlərdə sadə ikikameralı şüşə paketləriylə müqayisədə yüksək istilik izolyasiyası.

• Vəsaitə qənaət. Enerjiqoruyucu bir kameralı şüşə paketləri iki kameralı şüşə paketlərindən hissediləcək qədər ucuzdur və otağın əlavə qızdırılması üçün vəsaitə qənaət edir.

• Iki kameralı şüşə paketlərinə nisbətən bir kameralı enerjiqoruyucu şüşə paketlərin daha yüngül çəkidə olması, açılan hissədəki furniturlara az güc saldığı üçün, plastik pəncərələrin istifadə müddətini uzadır.

• Divar kağızlarının, rəsmlərin, xalçaların rənginin solmasından qoruyur. 

• Pəncərə ətrafında rahat mikroiqlim. Şüşə paketlərin üst səthi isti olduğu üçün, pəncərə ətrafında güllərin bəslənməsi və ya iş yerinin təşkili üçün ən yaxşı yoldur(küçədə sərt şaxta olduqda, otaqda +20 C saxlayır; adi şüşə paketlərinin səthində temperatur +4,7 C, enerjiqoruyucu şüşə paketlərdə isə +14 C olur).     

Şüşə paketlərin kameralarının arqon qazıyla doldurulması

Bəzən şüşə paketlərində aşağı emissivit şüşələrin tətbiqi ilə istilik qoruyucu kameralarını yaxşılaşdırmaq üçün arqon qazı doldurulur. Bu qaz havadan da daha yaxşı istilik qoruyucudur, və şüşə saylarını artırmadan daha uğurlu nəticələr əldə etməyə imkan verir. Əlbəttəki, şüşə paketlərinin xassələrini saxlamaq üçün, onun kameraları tamamilə germetik olmalı və qaz sızmasına yol verməməli.