☰ Меню
zastavka az.JPG

GU

GU
GU-un pəncərə çeşidləri Gretsch-Unitas-ın (GU) alman konserni tərəfindən ən müasir texnologiya və yüksək keyfiyyətli avadanlıqlarla istehsal edilir. Şirkət yeni texnoloji qərarların hazırlanması ilə məşğul olan elmi mərkəzə sahibdir. Və bunun sayəsində çoxfunksiyalı pəncərə aksesuarlarının hazırlanmasına müvəffəq olurlar (istehsalçı zəmanəti 10 il). Şirkət həmçinin ağacdan və alüminiumdan pəncərə aksesuarlarının istehsal edilməsi ilə məşğul olur. Fərqləndirici xüsusiyyətlər — yüksək keyfiyyət, ekoloji təhlükəsizlik və yüksək uyğunluq təşkil edən qiymət/keyfiyyət.
Pəncərə aksesuarları çeşidlərinə aiddir: fırlanıb-özünə tərəf açılan (bir və ya iki şüşəli pəncərələr üçün uyğundur, bir dəstəyin köməyi ilə ifarə olunur), paralel hərəkət edən (2-4 çərçivəli sürüşərək açılan pəncərələr üçün), yığılaraq sürüşən (3-7 elementli yığılaraq sürüşən pəncərələr üçün), qalxaraq sürüşən (1 dəstlə idarə edilən 2-6 taylı pəncərərlər üçün), vertikal və horizantal, o cümlədən tüstünü uzaqlaşdıran, havalandıran müxanizmli.
Fırlanıb-özünə tərəf açılan pəncərələr aşağıdakı xətt üzrə buraxılır: Uni-Jet (inteqrasiya edilmiş hava dəyişmə, sınmaya qarşı davamlılıq seçimi, PVC və taxta pəncərələr üçün), Euro-Jet (yalnız PVC pəncərələr üçün, ekonom varinat), Uni-Jet SC və Jet AK 8 (PVC və taxta pəncərələr üçün; gizli ciftlərə sahibdir).
“GU” istehsalı olan bütün pəncərələr sadəliyi, rahatlığı və uzun ömürlülüyü ilə fərqlənir. Bu konstruksiyalı pəncərələr sınmaya davamlığı, müxtəlif yad təsirlərdən müdafiəsi (ultrabənövşəyi, dolu və qar), müxtəlif havalandırma sistemləri (hissə-hissə və bütün), əyləcli, düzgüm olmayan açılma zamanı bloklanma kimi xüsusiyyətləri ilə fərqlənir. Bundan başqa, hətta ən yeni çeşid belə əvvəlki nəslin elementlərinə uyğundur. Xüsusi örtüyü yüksək korroziya müdafiəsini və davamlılığı təmin edir. Çox modelləri taxta və PVC profilləri üçün unifikasiya edilmişdir.
Pəncərə aksesuarlarının idarə edilməsi pəncərə və eyvan konstruksiyalarını quraşdıran zaman da istehsal edilə bilər, eyni zamanda ayrılıqda da. Bu proses pəncərələrin etibarlığını, çərçivələrin germetikliyini və sallanmamasını təmin edir. Prosesin sadəliyinə baxmayaraq, mütəxəssislər tərəfində icra olunmağı məsləhətdir. Montaj isə əllə və ya avtomatlaşdırılmış formada da ola bilər.