☰ Меню
zastavka az.JPG

Şüşə paketlər


MULTIFUNKSIONAL ŞÜŞƏ
SunGuard® HP Neutral 60/40 – günəş şualarına qarşı və istiliyə qənaət göstəricilərinə görə optimal ballansı olduğu üçün, hər bir hava şəraitində effektiv olan multifunksional şüşədir.
Mövcud hərarəti saxlama keyfiyyətlərinə görə, çöldə soyuq olduqda evin içini isti və əksinə çöldə isti olduqda evin içini sərin saxlamağa kömək edir. Nəticədə elektroenerjiyə sərf olunan xərclər azalır.
SunGuard HP Neutral 60/40 – monorəgli, etibarlığı bəlli olan şüşədir. Hətta gözlənilməz hava şəraitlərində.
Enerjiqoruyucu şüşə paketləri
Enerjiqoruyucu şüşə - bu şüşə üzəri nazik örtüklü, görünən işığı və günəşin infraqırmızı istilik şüalarını buraxma xassələrinə malikdir. İnfraqırmızı qısadalğalı istilik şüalarının mənbəyi olan otaq temperaturuna qədər qızdırılmış əşyayalar verdiyi istilik şüalarını isə içəri geri qaytarır.

İkikameralı şüşə paketləri
İnşaat Normaları və Qaydaları istilik müqavimətinin ötürülməsinin aşağı dərəcəsinin normativ ölçü əmsalını 0,55 m2 °C /W təyin edir. Belə istilikdən qorumanı ikikameralı şüşə paketləri (4-14-4-14-4) təmin edirlər. İkikameralı şüşə paketi artıq xarici səs-küyün səviyyəsini 38-40 DB-da aşağı salır.
Birkameralı şüşə paketləri
Sadə şüşə paketı – 24mm qalınlığında olan (4-16-4) bir kameralı şüşə paketləridir. Belə şüşə paketi aşağı müqavimətli istilik əmsalına C/W° 0,34 m2 malikdir. Bu o deməkdir ki, su buxarı xarici tempratur 8 °C olduqda artıq pəncərənin səthinə konsentarsiya etməyə başlayır və xarici mühitdəki səs-küyü təxminən 34 dB azaldır. Sadə şüşə paketinin yalnız inzibati binalarda və şüşəbənd olan eyvanlara açılan otaqlarda tətbiq edilməsi məsləhətdir.

Товары 1 - 4 of 4
First | Prev. | 1 | Next | Last All