Cam Balkon
Giyotin şaquli sürüşən çərçivəsiz cam sistemləri restoranlarının, kafelərin, barların, gazebosların, fərdi evlərin qeyri-yaşayış sahələrini və terrasları şüşələmək üçün nəzərdə tutulmuşdur.
Funksional çərçivəsiz şüşələnmə (CAM BALKON) – Açilan (yığılan), işıq keçirən konstruksiyadır hansı ki , profil baxımından qənaətli eyni zamanda sahənin şüşələnmə müstəvisinin geniş olması ilə seçilir(şüşə qalınlığı 8mm – 21mm arası dəyişir bu da cam balkonun tipindən və istehsalçı şirkətdən asılıdır).Bu konstruksiya vizual cəhətdən baxış genişliyini artırır eyni zamanda eyvan,teras , lojaların və.s sərhədsiz imkanlarından həzz almağa imkan verir . Bununla da sahələrin germetikliy və istiliyi saxlama xüsusiyyətlərini artırır.
Hazırda Alüminium profilinin köməkliyi ilə eyvanların şüşələnməsi artıq kifayət qədər geniş yayılmışdır. Alüminium profilİ taxtadan 7 dəfə, PVX-dan – 2,3 dəfə möhkəmdir. Bundan başqa o, yanğında təhlükəsizdir, oksidləşmir, çatlamır, burulmur. Alüminium çərçivələr xarici estetik görünüşləriylə fərqlənir.
Istiliyin qorunması hazırki variantda daha effektiv həll edilir. Qeyd etmək lazımdır ki, pəncərədən istilik iki istiqamətdə itir – aralar və şüşələr.
PVX pəncərələr artıq bizim ölkədə də müsbət rəy qazanmağa nail olmuşdurlar. Eyvanların şüşələnməsinə gəlincə- PVX çərçivələri bu məqsədlər üçün yetərincə böyükdür, bunun üçün istehsalçı firmalar xüsusi eyvan çərçivələri təklif edir. Qayda olaraq, onlar sürüşmə sistemindən olur.
Товары 1 - 5 of 5
First | Prev. | 1 | Next | Last