Roto

Roto
Roto markası altında mansard pəncərələri ilə birlikdə onlar üçün aksesuarlar da istehsal edilir. Beynəlxalq Alman şirkəti olan Roto Frank Ag pəncərə furnituraları üçün geniş çeşid imkanı (daha çox pəncərə dəstəyləri və ciftlər) təklif edir. Bu şirkəti yaradan Vilqelm Frank fırlanan və özünə tərəf açılan funksiyalı bu pəncərələri kəşf etmişdir. Bu gün bu istehsalçının çeşidləri içərisində Rono NT fırlanan-özünə tərəf açılan furnituralı pəncərələr, Patio maili hərəkət edən pəncərələr, Centro 101 ciftli pəncərələr, RotoLine pəncərə dəstəkləri kolleksiyası (standart və açarla kilidləmə) və o cümlədən uşaqlar üçün təhlükəsiz olan pəncərə sistemləri mövcuddur. Patio maili hərəkət edən pəncərələri böyük ölçülü və böyük həcmli pəncərələr üçün istifadə etmək olar. Bu cür pəncərə ehtiyac olan zaman Roto NT sistemi ilə kombinasiya edilməsi ilə fərqlənir. Roto NT çeşidi olan (tam formada Neü Technology) fırlanıb-özünə tərəf açılan pəncərə tamamilə yeni çeşid olub unikal texnologiya ilə hazırlanıb və xarici görünüşü, rahatlığı və funlsionallığı ilə fərqlənir. Rono NT sistemi bütün konstruksiyalı qapılar üçün istifadə edilə bilər. Bundan başqa, hətta starndart versiya da belə “Roto” çeşidi var ki, sınmadan müdafiəni təmin edir və minimal 3 nöqtəli kilidləmə sisteminə malikdir. O cümlədən, standart çeşidə daxildir: mikrolift, özünə tərəf açılma sığortası, çərçivə fiksatoru, salamanı idarə edən dayaq, elementlər, havalandırmanın fərqli növlərini (həmçinin, mikrohavalandırma) və s. Şirkət sistemin patentləşdirilmiş yeni kilidləmə sistemini və digər texniki həlləri tətbiq edir. Ciftli varinatında mütləq formada ciftdə fırlanma əyləci olmalıdır. Əlavə olaraq, pəncərə və eyvan qapıları kilidlərlə, elektron detallarla (termostatik və sınmaya qarşı sistem) təchiz olunur. Bundan başqa, belə pəncərə çeşidinin səthi xüsusi lakla xromlama və örtülmə nəticəsində korroziayadan yüksəldilmiş müdafiəyə malikdir. Həmçinin şirkət zərif dekorativ qoyulmaların geniş seçimini təklif edir, bununla da çeşidlərin bütün görülən detallarını bağlamaq mümkündür. Şirkət NT seriyasının çeşidlərinə on il zəmanət verir. Bu çeşidin idarə olunması çərçivələrin maksimal dərəcədə dəqiq quraşdırılmasına imkan verir. Bu proses adi hallarda heç bir çətinlik yaratmır və sərbəst halda edilə bilir. Amma baş verə biləcək xırda hadisələrdən sığortalanmaq üçün işi mütəxəssislərə etibar etməyiniz məsləhətdir.