Kilidləmə - qaldırıcı
![Kilidləmə - qaldırıcı Kilidləmə - qaldırıcı](/upload/iblock/32b/32be8c005435cc03556879f85d938507.jpg)
Bəzi maili və özünə tərəf açılan pəncərələr mikrolift kilidləməyə malikdirlər. Burada əsas funksiya pəncərələrin açılıb-bağlanması zamanı çərçivənin deformasiyaya uğramamasıdır.
Standart çərçivənin çəkisi 30-35 kq arasında olur.
Pəncərələrin uzun müddət problemsiz işləməsi və çərçivələrdə heç bir deformasiya problemlərinin olmaması üçün asan və rahat seçim - mikroliftdir, hansi ki, dəstəyin düzgün olmayan istiqamətə çevrilməsi kimi səhv hərəkətləri də bloklayır.
Pəncərə bağlı vəziyyətdən özünə tərəf açılmış vəziyyətə keçirilə bilər. Eyni zamanda iki fərqli vəziyyətdə ola bilməz: özünə tərəf açılmış və tam açılmış.