☰ Меню
zastavka az.JPG

Pəncərə dəstəyi

Pəncərə dəstəyi
Dəstəylərinin (tutacaqlarının) seçilməsi yaxın zamana kimi ənənəvi olaraq ağ, qəhvəyi və metal (gümüşü, qızılı və bürünc) rəng fərqliliyi ilə kifayətlənirdi. Çox təəssüf ki, bu cür seçim imkanı müasir layihələr və dizayner qərarları üçün mükəmməl deyil. Bu gün premium-sinif ağaclarının qiymətli cinslərindən hazırlanan dəstəylər mövcuddur. Hazırlanması mümkün olan rənglər: təbii palıd ağacı, açıq rəngli palıd ağacı və marsh rəngli palıd ağacı.

Rəngdən əlavə müasir pəncərə dəstəyləri faydalı texniki təkmilləşdirməyə malik ola bilər. Bu cür texniki təkmilləşdirməyə bloklama mexanizminin tətbiqi aiddir. Bu mexanizm tətbiq olunmuş pəncərə dəstəyi istəyə görə açarla bağlana bilər və açıq vəziyyətə çevrilə bilməz. Yaxın zamanlarda belə bir mexanizmin təkmilləşdirilmiş modifikasiyası yarandı ki, bunu da "uşaqlardan müdafiə"adlandırırlar. Belə dəstəkli pəncərəni açıq vəziyyətə gətirmək üçün xüsusi açar tələb olunur.