Plastik qapı pəncərə


Sürüşdürmə sistemi EURO-Design Slide
REHAU EURO-Design Slide sürüşdürmə sistemi eyvan, terras, lodjiya və digər isidilməyən ərazilərin şüşələnməyi üçün nəzərdə tutulub.
Qapı sistemi 70mm
70 mm-lik REHAU qapı sistemləri özündə xüsusi estetik qörünüşü və yüksək enerjiqoruyucu keyfiyyətləri birləşdirir. O, istənilən stilin interyerini əlverişli tərəfdən vurğulayır və evin istiliyinin qorunması içün çox sərfəlıdir. 70 mm-lik REHAU-dan hazırlanmış qapının etibarlığı şübhəsizdir: sistem dərinlıyi 70 mm olan 5 kameralı profil və poladdan hazırlanmış armaturlaşması yüksək sabitlliyi və konstruksiyanın etibarlığını təmin edir.
Qapı sistemi 60mm
60 мм-lik REHAU qapı sistemi özündə mükəmməl istilikqoruma göstəriciləri, profilin yüksək keyfiyyətini və zərif dizayn birləşdirir. Bu sistem vasitəsilə Siz istənilən sakitliyi və rahatlığı əldə edə bilərsiz.
Rehau BLITZ
BLITZ pəncərə sistemi həm klassik həm də müassir dizayna gözəl uygunlaşır. Ön səthində olan 15 dərəcəli yamaclarına görə BLİTZ sistemi eleqant xarici görkəmə malikdir. Pəncərələriniz arxitektur düşüncələrinizdən asılı olaraq hər bir formada hazırlana bilər.
Rehau EURO-DESIGN
60 mm dərinliyi olan üç kameralı REHAU EURO-Design sistemi istilik və səs izolyasiyasına, dizaynına, etibarlılığına və davamlılığına görə müasir tələblərə tam cavab verir. İki konturlu kipləyidicilər küləyin, nəmin və tozun qarşısını alır. Profilin hamar səthi isə müştərini vaxtaşırı təmizləmə işlərindən azad edir.
Rehau SIB-DESIGN
Çoxkameralı SIB-Design sistemi xüsusilə ekstrimal iqlim şəraiti üçün yaradılmışdır. Onun mükəmməl istilikqoruma xüsusiyyətləri təcrübə ilə təsdiq olunmuşdur. Rusiyanın Elmlər Akademiyasının İnşaat Fizikası EAİ-nun ekspertləri tərəfindən aparılan testlər nəticəsində sistemin ekstremal aşağı temperaturalar təsiri altında iş keyfiyyətlərinin dəyişilməz qaldığını təstiq etdi.
Rehau DELIGHT-DESIGN
DELIGHT-Design sisteminin texniki həlli çərçivənin və qanadın enlərini azaldır. O, da öz növbəsində evə daxil olan gün işığını adi sistemlərə nisbətən 10% çox buraxır. Bundan başqa DELIGHT-Design sistemi improvizasiya üçün və pəncərəyə arzularınıza uyğun olaraq fərdi dizayn vermək imkanı yaradır.
Rehau ВRILLANT-DESIG
REHAU Brillant-Design pəncərə sistemi premium-klass sistemlərinə aiddir və elit inşaatın ən yüksək texniki və estetik tələblərə cavab verir. REHAU Brillant-Design pəncərə profilləri eksklyuziv dizaynın və innovasiya texnologiyaların superpozisiyası olaraq minimal xidmət tələb edir və istifadədə idealdır.
Rehau INTELIO
REHAU İNTELİO - səs izolyasiyası, istilik, hava, su keçirmə və oğurluğa qarşı xüsusiyyətlərinə ğörə öz sinifində analoqu olmayan yeni bir sistemdir. Pəncərə sistemi özündə innovasiya həllərinin bütün üstünlüklərini birləşdirib.
Rehau GENEO
REHAU GENEO - tam armaturlanmış pəncərə profilləri sistemidir. Bu profillər pəncərə konstruksiyalarının istehsalı sahəsində real sıçrayışdır və pəncərə məhsullarını istehlak xüsusiyyətlərinə görə yeni, yüksək səviyyəyə çıxarır. Ixtiranın əsası - RAU-FIPRO innovasiyalı fiberlif materialdır, hansı ki, rekord möhkəmliyi ilə və yüksək yüklənmələrə qarşı müqaviməti ilə fərqlənir. O da, öz növbəsində polad armaturlaşmadan imtina etmək imkanı verir.
VEKA qapı və pəncərələri
Müştərilərimizə geniş seçim və maksimal faydalı olmaq arzusu ilə biz PVC profillər istehsalçısı olan VEKA şirkətinin məhsullarından qapı və pəncərə istehsal edirik. Veka profilləri özündə yeni texnologiyaları və yüksək keyfiyyəti birləşdirir. Biz alıcılarımıza mövcud layihəyə daha uyğun PVC profil sistemlərindən hazırlanmış keyfiyyətli pəncərələr, tipik eyvan blokları və dizayn baxımından mürəkkəb olan qeyristandart həllər təklif edirik. Sizin ehtiyac və istəklərinizdən asılı olaraq biz ən optimal, estetik və etibatlı olan texniki həlli yollarını seçərik.
Schuko qapı və pəncərələri
Alman şirkəti Schuko yarım əsrdən çoxdur ki, PVX və alüminiumdan qapı, pəncərə və cəbhə sistenləri istehsal edir.  Şirkət yalnız Almaniyada istehsal olunan geniş çeşidli məhsullar təklif edir. Bu brendin təklif etdiyı məhsullar vasitəsilə qapı və pəncərə istehsalı qarşısında duran istənilən məsələləri həll etmək olar. Bu şirkətin PVX profillərindən istifadə etdikdə biz ən tələbkar alıcılarımızın istəklərini yüksək səviyədə təmin edəcəmizə şübşə etmirik. Davamlılıq, etibarlılıq, istifadədə rahatlığ bu markanın xüsusiyyətləridir.
Kommerling qapı və pəncərələri
Baxmayaraq ki, Alman markası Kömmerling bizim bazarda çox alıcılara tanış deyil, bu brendin tarixı olduqca zəngindir. Bu şirkətin binövrəsi 1887-ci ildə qoyulub, 1967-ci ildə isə Kömmerling markası altında PVX profil və plitələr istehsalatı başlanmışdır. Bu brend 50 ölkədə təmsil olunub. Şirkətin məqsədləri sırasında - estetiklik, yüksək texniki göstəricilər, minimal qullqla maksimal davamlılıq var. Hal-hazırda, şirkətin məhsulları Almaniyada və bir çox digər ölkələrdə məşhurdur.
PIMAPEN qapı və pəncərələri
Plastik profil sistemlərinin zamanla sınanmış istehsalçılardan biri olan Türk brendi PİMAŞ şirkətidir. PİMAPEN plastik pəncərələri Azərbaycan bazarına ilk dəfə 1995-ci ildə daxil oldu. Bu şirkəti bizim bazarın plastik qapı-pəncərə bölməsinin pioneri hesab etmək olar. Hətta bir çox yerli alıcı PİMAPEN dedikdə bütün plastik qapı-pəncərə sektorunu nəzərdə tutur. PİMAŞ şirkəti bütün istehsalat sahələrində müasir avadanlıq işlədir, daimi keyfiyyət nazarəti aparır və yalnız yüksək keyfiyyətli xammaldan istifadə edir. Bunun nəticəsi kimi profil sistemlərinin yüksək keyfiyyəti, aşağı-yuxarı temperaturlara, ultrabənövşəyi şualara davamlılıq, yüksək istilik və səs izolyasiya keyfiyyətləridir. PİMAŞ şirkətinin Azərbaycandaki mövcud çeşidləri plastik qapı və pəncərə istehsalında istənilən məsələləri həll etmək imkanı yaradır. PİMAŞ profil sistemlərinin vasitəsilə biz dəfələrlə qeyri-standart və mürəkkəb proyektləri həyata keçirmişik.
Winhouse qapı və pəncərələri
Türkiyə bazarının profil sistemlərinin istehsalı liderlərindən biri olan WİNHOUSE şirkətini yüksək keyfiyyət, zərif və eleqant dizayn fərqləndirir. WİNHOUSE brendi nisbətən cavan brenddir. Buna baxmayaraq bu günə WİNHOUSE profilləri Türkiyə və onun xaricində populyarlıq qazanmışdır. Şirkətin zavodlarında müasir və yüksək texnoloji avadanlıqlar quraşdırılıb və yalnız yüksək keyfiyyətli materiallar istifadə olunur. Bunun nəticəsində WİNHOUSE profil sistemlərini etibarlılıq və davamlılıq fərqləndirir. WİNHOUSE profilləri aşağı-yuxarı temperaturlara, ultrabənövşəyi şualara davamlılıq, yüksək istilik və səs izolyasiya keyfiyyətlərinə malikdir. Bu profil dəfələrlə ictimai-iaşə, səhiyyə obyektlərində, eləcə də yaşayış binalarında  tərəfimizdən istifadə olunub.

PAKPEN qapı və pəncərələri
Yuxarıda qeyd olunan profil sistemlərilə yanaşı biz müştərilərimizə Türk bazarının liderlərindən biri olan PAKPEN şirkətinin profillərindən yığılan qapı və pəncərələr təklif edirik. PAKPEN məhsulları beynəlxalq keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verir, zəruri tikinti və sanitariya normalarinı nəzərə almaqla istehsal olunur. PAKPEN profilləri vasitəsilə biz  nəyin ki, qapı və pəncərələrinizin etibarlı və uzunömürlü olmasını, hətta arzulayıb düşündüyünüz dizaynı təklif edə bilərik.


Товары 1 - 16 of 16
First | Prev. | 1 | Next | Last Paged